17:01 / 29-10-2025
Şirvanda zəlzələ olub
Bakıda xəstə baş həkimin otağına benzin tökərək yandırıb - Yenilənib
Tarix: 09-07-2024 15:19 | Bölmə: Cəmiyyət
Bakıda xəstə baş həkimin otağına benzin tökərək yandırıb

Bakıda xəstə baş həkimdən sənəd ala bilmədiyi üçün həkimin otağına benzin tökərək yandırıb.

APA xəbər verir ki, hadisə 9 saylı şəhər poliklinikasında qeydə alınıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub, yanğının söndürülməsi istiqamətində iş aparılır.

Xəsarət alanların olmadığı bildirilir, əlavə məlumat veriləcək.

***

Reyting.az-ın məlumatına görə, 9 saylı poliklinikada yanğın törədən 1984-cü il təvəllüdlü Rəhimov Rüfət polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
27-10-2025, 15:19 Sel olacaq - Xəbərdarlıq