BBC-nin şərhçisinin həyat yoldaşı və iki qızı qətlə yetirilib
Tarix: 11-07-2024 07:44 | Bölmə: Cəmiyyət
BBC-nin şərhçisinin həyat yoldaşı və iki qızı qətlə yetirilib

BBC-nin şərhçisi Con Hantın həyat yoldaşı və iki qızı qətlə yetirilib.

Reyting.az
xəbər verir ki, bu barədə “The Sun” qəzeti yazıb.

Məlumata görə, polis məşhur idman şərhçisi Con Hantın həyat yoldaşı və iki qızını öldürməkdə şübhəli bilinən 26 yaşlı keçmiş Britaniya əsgəri Kayl Kliffordu saxlayıb. Onun iki il Kral Dragoon Qvardiyasında xidmət etdiyi, daha sonra isə mühafizəçi işlədiyi yazılır.

Qəzetin məlumatına görə, Hant həmin gün işə gecikib. O, “BBC 5 Live” kanalı üçün Surreydəki Linqfild Park hippodromunda növbəti yarışı şərh edirdi. Jurnalist London kənarındakı 800.000 funt sterlinqlik malikanəsinə qayıdanda 61 yaşlı arvadı Kerol və iki qızı – 25 yaşlı Hanna və 28 yaşlı Luizanın qan gölməçələri içində uzandıqlarıını görüb. Jurnalistin üçüncü qızı evdə olmadığına görə sağ qalıb.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər