Hacıqabulda yük maşını iki mikroavtobusa çırpılıb, yaralılar var - Fotolar
Tarix: 12-07-2024 21:01 | Bölmə: Cəmiyyət
Hacıqabulda yük maşını iki mikroavtobusa çırpılıb, yaralılar var

Hacıqabulda zəncirvari yol qəzası olub.

Reyting.az
“Report”a istinadla xəbər verir ki, rayonun Qarasu kəndi ərazisində qeydə alınan yol qəzası zamanı hərəkətdə olan yük maşını aşaraq iki mikroavtobusa çırpılıb.

Qəza nəticəsində Türkiyə vətəndaşları - 1980-ci il təvəllüdlü Verdiyeva Cəmilə, 2014-cü il təvəllüdlü Saraçoğlu Ezgisu, 1999-cu il təvəllüdlü Süzen Elis, 1995-ci il təvəllüdlü Alparslan Ferhad, Bakı şəhər sakinləri - 2007-ci il təvəllüdlü Hüseynov Həsən Nurəddin oğlu, 1974-cü il təvəllüdlü Hüseynova Mətanət Muradil qızı, Gəncə şəhər sakinləri - 2006-cı il təvəllüdlü Verdiyeva C. Vüqar qızı, 1957-ci il təvəllüdlü Qurbanova Fərəncam Adil qızı və Verdiyev Hüseyn Vüqar oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Xəsarət alanlar Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Türkiyə vətəndaşları xəstəxanaya yerləşdirilib. Qalanları ambulator müalicəyə göndərilib.

Faktla bağlı araşdırma aparılır.






Bölməyə aid digər xəbərlər