Bərdədə qonşunu bıçaqlayan şəxs tutulub
Tarix: 26-07-2024 11:08 | Bölmə: Cəmiyyət
Bərdədə qonşunu bıçaqlayan şəxs tutulub

Bərdədə qonşu qonşusunu bıçaqlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan Reyting.az-a bildirilib ki, iyul ayının 25-də saat 21 radələrində Bərdə rayonunda Cəyirli kənd sakini E.Həşimovun kəsici-deşici alətlə xəsarət alması barədə polisə məlumat daxil olub. Polis əməkdașlarının keçirdikləri tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən zərərçəkmişin qonşusu Zaur Lalayev saxlanılıb.

Faktla bağlı Bərdə rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər