Dünyanın ən böyük rəsədxanası tapılıb
Tarix: 26-08-2024 15:17 | Bölmə: Cəmiyyət
Dünyanın ən böyük rəsədxanası tapılıb

Misirin Kafr əl-Şeyx əyalətində Fironun gücünün himayədarı sayılan Kobra ilahəsi Vajitin məbədində qazıntılar zamanı qədim rəsədxana aşkar edilib. Bu, indiyə qədər elm aləminə məlum olmayan, qədim misirlilərin qurduğu ən böyük astronomik rəsədxanadır.

Reyting.az
-ın xəbərinə görə, alimlər deyiblər ki, bu ərazi eramızdan əvvəl VI əsrdə onu tikən qədim misirlilərin əsas ritual və dini mərkəzi olub.

Gil kərpicdən tikilən rəsədxanadan astronomik müşahidələr aparıb, elmi nəticələri qeyd ediblər.

Məlumdur ki, qədim astronomlar günəşin, ayın və planetlərin hərəkətlərini müşahidə etməklə elm sahəsində xüsusi uğurlar qazanıblar. Onlar müşahidə obyektinin səmada göründüyü vaxtı çox dəqiqliklə izləməyi, onun nə vaxt batmasını, həmçinin ayın fazalarının dəyişməsini gözəl bacarıblar və bununla bağlı qeydlər aparıblar.

"Heritage Daily" nəşr yazır ki, astronomiya dini bayramların tarixlərinin təyin edilməsində, vaxtın saxlanmasında da böyük əhəmiyyət kəsb edib: “Xüsusilə də rəsədxanada tapılan artefaktlar arasında ustalıqla hazırlanmış əşya da bunu sübut edir. Onlar günəşin kölgəsindən istifadə etməklə vaxtı göstərən günəş saatını da icad etmişdilər. Bu rəsədxananın mərkəzi zalında ilin müxtəlif vaxtlarında günəşin çıxması və batmasının astronomik ölçülərinin təsvirləri ilə gözəl bəzədilmiş iri bir daş platforma da aşkar olunub. Tədqiqatçılar həmçinin qədim ölçmə alətləri, dini əşyaları, saxsı qabları da aşkar ediblər ki, onlardan həm ayinlərdə, həm də fironlar dövründə yaşamış qədim misirlilərin gündəlik həyat tərzində daim istifadə olunub".

Alimlərin fikrincə, aşkar edilən rəsədxana heyrətamiz arxeoloji tapıntıdır, indiyədək tapılan ən böyük rəsədxana strukturdur.

Oqtay QORÇU




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər