Neftçalada su idarəsinin vəzifəli əməkdaşına çirkli su içiriblər - Video
Tarix: 27-08-2024 14:55 | Bölmə: Cəmiyyət
Neftçalada su idarəsinin vəzifəli əməkdaşına çirkli su içiriblər

Neftçala rayonunun Xəzər kənd sakinləri gündəlik içməli su kimi istifadə etdikləri çirkli suyu rayonun su idarəsinin müdirinə içirdiblər.

Reyting.az
Pravda.az-a istnadla xəbər verir ki, qalmaqal sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində 70 saylı Neftçala seçki dairəsindən namizəd olan ictimai fəal Vəfa Nağıyevanın (Nağı) iştirakı ilə baş verib.

Belə ki, 15 gündür, susuzluqdan əziyyət çəkən Xəzər kənd sakinləri Vəfa Nağı ilə birgə problemin həlli üçün su idarəsinin müdiri əraziyə çağırıblar.

Yaranan mübahisə nəticəsində sakinlər əraziyə su verilməməsinə etiraz edərək İdarə rəhbərini gündəlik istifadə etdikləri çirkli suyu içməyə məcbur ediblər. Etirazlardan sonra nəhayət 15 gün sonra Xəzər kəndi su ilə təmin edilib.





Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər