Terrorda şübhəli şəxslərin həbs müddəti uzadılıb - Fotolar
Tarix: 29-08-2024 13:12 | Bölmə: Cəmiyyət
Terrorda şübhəli şəxslərin həbs müddəti uzadılıb

Moskvanın Basmannı məhkəməsi “Crocus City Hall”-da törədilən terror aktı ilə bağlı cinayət işi üzrə təqsirləndirilən beş nəfərin həbs müddətini uzadıb.

Reyting.az
Rusiya KİV-lərinə istinadla xəbər verir ki, bu barədə məhkəmənin mətbuat xidmətindən bildiriblər.

Qadoyeva Ş. N., İsmayılova Z. A., Soliyeva M. A., Soliyeva U. A., Xamidova X. A. barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti dekabrın 1-dək uzadılıb.

Qeyd edək ki, terror aktı ilə bağlı ümumilikdə 18 nəfər həbs edilib. Daha iki nəfərin isə məkanı tərk etməməsi ilə bağlı vəsatət var.

İstintaq terror aktı, terror aktına hazırlıq, terror təşkilatının fəaliyyətində iştirak, o cümlədən silah və partlayıcı maddələrin qanunsuz dövriyyəsi maddələri ilə bir neçə cinayət işi açıb.







V. QULİYEV




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər