Şantajda ittiham olunan şəxsin cinayət işi məhkəməyə göndərilib
Tarix: 30-08-2024 12:04 | Bölmə: Cəmiyyət
Şantajda ittiham olunan şəxsin cinayət işi məhkəməyə göndərilib

Bakıda hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən Yaşar Məmmədovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

Məlumata görə, toplanan iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Səbuhi Hüseynovun icraatına verilib.

Zərərçəkmiş qismində 5 kişi var(Pravda).

Rəsmi məlumata görə, DİN-Nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə naməlum şəxsin sosial şəbəkələrdə vətəndaşlara məxsus bağlı profillərdən xüsusi proqramlardan istifadə etməklə şəkillər götürdüyü və fotomantaj vasitəsi ilə əxlaqsız formaya salaraq digər saxta “Instaqram” hesablarında yaydığı barədə məlumatlar daxil olub.

Əməlləri törədən Yaşar Məmmədov tutularaq Baş İdarəyə gətirilib. Müəyyən edilib ki, o, profillərdən əldə etdiyi şəkilləri özünün yaratdığı səhifələrdə rüsvayedici formada paylaşıb. Daha sonra Yaşar Məmmədov həmin şəkillərin sahibləri ilə sosial şəbəkə üzərindən əlaqə yaradıb özünü kompüter proqramçısı kimi qələmə verərək “köməyini” təklif edib. Yaşar Məmmədov şəkillərin sosial şəbəkələrdən silinməsi müqabilində zərərçəkənlərdən müxtəlif məbləğlərdə pul vəsaitlərini ona məxsus bank kartlarına köçürülməsini istəyib. Bu yolla Yaşar Məmmədovun 50-ə yaxın sosial şəbəkə istifadəçisinin etibarından sui-istifadə edərək onların pul vəsaitlərini ələ keçirdiyi məlum olub.




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər