Sağlamlığı məhdud uşaqlarla bağlı layihə yekunlaşıb - Fotolar
Tarix: 30-08-2024 14:03 | Bölmə: Cəmiyyət
Sağlamlığı məhdud uşaqlarla bağlı layihə yekunlaşıb

“Fizioterapiyanın İnkışafına Kömək” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Sağlamlıq imkanları məhdud uşaqlara və onların ailələrinə dəstək” layihəsinin icrasını yekunlaşdırıb.

Layihə rəhbəri Nuranə Abdullayeva deyib ki, layihə 3 ay müddətində (01 iyul-01 Sentyabr 2023-cü il) icra olunub. Əsas məqsəd sağlamlıq imkanları məhdud uşaqların həyatını yaxşılaşdırmaq üçün müasir reabilitasiya (xüsusən müasir fizioterapiya, erqoterapiya, dietaterapiya və s.) sahəsində öyrədici tədbirlərin təşkili və inkişafetdirici oyuncaq, avadanlıq, ləvazimat, alət və vasitələrin təbliğidir.

Layihənın tərəfdaşı “Tandem” Ailəyə Dəstək Mərkəzidir.

Layihə autizm spektri pozuntusu və daun sindromundan əziyyət çəkən, o cümlədən digər həssas qruplara aid edilən şəxslərin sosial-tibbi və psixoloji reabilitasiyası sahəsində təşəbbüsdür.









Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər