Aralarında azərbaycanlıların da olduğu miqrantlar Rusiyadan çıxarılacaq
Tarix: 02-09-2024 15:34 | Bölmə: Cəmiyyət
Aralarında azərbaycanlıların da olduğu miqrantlar Rusiyadan çıxarılacaq

Moskva vilayətindəki “Ozon” anbarındakı reyddən sonra 120 qeyri-qanuni mühacir Rusiyadan çıxarılacaq.

Reyting.az
Rusiya KİV-lərinə istinadla xəbər verir ki, iyulun 11-də polis Moskva yaxınlığındakı Puşkinodakı “Ozon” anbarında əməliyyat keçirib. Nəticədə 120 işçinin Rusiyada qeyri-qanuni olduğu üzə çıxıb. 45 nəfərin Özbəkistan, 29 nəfərin Tacikistan, qalanlarının isə Azərbaycan, Əlcəzair, Anqola, Benin, Qambiya, Qvineya, Zambiya, Hindistan, Kamerun, Konqo, Mərakeş və Syerra-Leonedən gəldiyi məlum olub.

Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin 322-ci (“Qeyri-qanuni miqrasiyanın təşkili”) maddəsi ilə cinayət işi başlanıb. Yeni gələnlər Xarici Vətəndaşların Müvəqqəti Saxlama Mərkəzinə yerləşdirilib.

Bundan əvvəl Krasnoyarskda bazarda keçirilən reyddən sonra 340 miqrant polisə aparılıb. İstintaq Komitəsinin qeyd etdiyi kimi, basqına səbəb Leninski rayonundakı bazardan olan miqrantların polis rəisi vəzifəsini icra edənə rüşvət vermək cəhdi olub.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər