13:04 / 16-09-2024
Sabah yağış yağacaq
Polis əməliyyatı: üç nəfər 35 kq narkotiklə saxlanılıb
Tarix: 02-09-2024 17:11 | Bölmə: Cəmiyyət
Polis əməliyyatı: üç nəfər 35 kq narkotiklə saxlanılıb

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməliyyat keçirib, üç şəxsdən 35 kiloqram narkotik vasitə aşkarlanıb.

Reyting.az
DİN-ə istnadla bildirir ki, tədbirlərlə narkoşəbəkənin üzvləri əvvəllər məhkum olunmuşlar Xaliq Hüseynzadə, Seymur Məmmədli və tanışı Elşən Qəniyev saxlanılıblar. Məlumata görə, onların üzərindən, avtomobillərindən və yaşadıqları evlərdən 35 kiloqrama yaxın tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana və heroin aşkarlanıb.

"Saxlanılan şəxslər ifadələrində narkotikləri satış məqsədilə əldə etdiklərini bildiriblər. Faktlarla bağlı cinayət işləri başlanılıb, məhkəmənin qərarı ilə onlar barəsində həbs-qətimkan tədbirləri seçilib. X.Hüseynzadə, S.Məmmədli və E.Qəniyevlə əlbir olan digər şəxslərin də saxlanılması istiqamətində tədbirlər davam etdirilir", - məlumatda qeyd olunub.




Bölməyə aid digər xəbərlər
Bu gün, 13:04 Sabah yağış yağacaq