20:08 / 21-11-2024
Milli Məclis bəyanat yayıb
NASA-nı aldadan şəxs həbs edilib
Tarix: 03-09-2024 09:18 | Bölmə: Cəmiyyət
NASA-nı aldadan şəxs həbs edilib

ABŞ-nın Florida ştatının sakini Stiven Lukens 190-dan çox sənədi saxtalaşdırmağa və NASA-ya keyfiyyətsiz hissələr satmağa cəhd etdiyi üçün həbs olunub. Lukens təxminən 800 min dollar cərimələnməklə yanaşı 21 ay həbs cəzası alıb.

Reyting.az
-ın xəbərinə görə, Lukens etiraf edib ki, Kennedi Kosmik Mərkəzində NASA-nın Kosmosa Başlama Sistemi üçün materiallar əldə etməkdən ötrü saxta sənədlər təqdim edib.

“Gulf Atlantic International Supply” LLC-nin baş direktoru kimi Lukensə NASA-nı təhlükəli mayelər üçün lazım olan hissələri təmin etmək tapşırılıb. Lakin o, NASA-nı müqavilənin sərt standartlarına cavab verməyən məhsullarla təmin etmək üçün keyfiyyətə nəzarət sənədlərini saxtalaşdırıb. NASA bu vəziyyətin Artemis missiyası və astronavtları Aya və nəticədə Marsa aparacaq “Orion” kosmik gəmisi üçün ciddi risklər yaratdığını açıqlayıb.

Lukens qanunsuz qazanc əldə etdiyi 271 min dolları qaytarmağa və 689 min 280 dollar təzminat ödəməyə məhkum edilib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər