Qırmızı və boz siyahıda olan iki terrorçu məhv edilib - Foto
Tarix: 17-09-2024 09:50 | Bölmə: Cəmiyyət
Qırmızı və boz siyahıda olan iki terrorçu məhv edilib

Türkiyə polisinin “Gürz-14” terrora qarşı əməliyyatı çərçivəsində qırmızı və boz siyahıda olan iki terrorçu öldürülüb.

Reyting.az
xəbər verir ki, bunu ölkənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

Əməliyyatın Diyarbəkrın Lice rayonunda keçirildiyi qeyd olunur.

Əməliyyat zamanı qırmızı kateqoriya üzrə axtarışda olan Hebun Piro Amed və boz kateqoriya üzrə axtarılan Fehmi Başkurt zərərsizləşdirilib.



“İstəyirəm əziz millətimiz bunu bilsin ki, bu xainləri müqəddəs vətənimizdən bir-bir siləcəyik. Şəhidlərimizin qanı yerdə qalmayıb və heç vaxt yerdə qalmayacaq”,-deyə nazir əlavə edib.

V. QULİYEV





Bölməyə aid digər xəbərlər
17-09-2024, 12:57 Sabah yağış yağacaq
16-09-2024, 13:04 Sabah yağış yağacaq