12:30 / 23-11-2024
Azərbaycanda zəlzələ olub
Tədris mərkəzi vətəndaşlardan təhsil haqqını əvvəldən alır, sonra isə "yox"a çıxırlar
Tarix: 28-10-2024 10:31 | Bölmə: Cəmiyyət
Tədris mərkəzi vətəndaşlardan təhsil haqqını əvvəldən alır, sonra isə "yox"a çıxırlar

Sosial medianın imkanlarından istifadə edərək kampaniya aparan "İAMZERV TƏDRİS MƏRKƏZİ" MMC-dən şikayətlər var.

Məlumata görə, "İAMZERV TƏDRİS MƏRKƏZİ" MMC-nin (VÖEN 1406921041) rəhbəri İsmayılov Azər Şahmar oğlu (Ünvan: Bakı şəhəri Nəsimi rayonu, Səməd Vurğun küç. ev.34 m.17) 3 ay ərzində ingilis dilini öyrədəcəyini bəyan edərək vətəndaşlardan öncədən təhsil haqqı alır. Sonra isə müxtəlif bəhanələrlə dərsləri keçməkdən yayınır.

Məlumata görə, ilk baxışda Azər İsmayılov hər şeyi qanuni edir: "O, vətəndaşlarla müqavilə bağlayır və 3 aylıq ödənişi öncədən alır. Daha sonra isə 1 ay ərzində müxtəlif bəhanələrlə dərsin başlamasını uzadır. Əlaqə üçün göstərilən +994513311723 və +99453120901 nömrələrinə isə zənglərə cavab vermir. Həmçinin ödənişini aldıqdan sonra +99453120901 nömrəli whatsap zənglərinə də cavab vermir. Vətəndaşın pulunu geri qaytarmasını istəyəndə, o, yoxa çıxır. Sosial media hesablarını tez- tez dəyişməklə şirinləşdirici vədlərlə yeni insaları bu prosesə cəlb etməyə çalışır. Hazırda Azər İsmayılov dərs keçmək əvəzinə instagramda yeni kampaniyalar aparmaqla daha çox vətəndaşlardan pul yığmağa çalışır".

Qeyd edək ki, Azər İsmayılovla əlaqə yaratmaq cəhdlərimiz alınmayıb(Mia.az)







Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər