Şadlıq evinin fəaliyyəti dayandırılıb - Fotolar
Tarix: 29-10-2024 09:03 | Bölmə: Cəmiyyət
Şadlıq evinin fəaliyyəti dayandırılıb

Lənkəran rayonu, Boladi kəndində fəaliyyət göstərən, fiziki şəxs Hüseynov Azər Qəhrəman oğluna məxsus "Boladi" şadlıq evində Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən planlı yoxlama keçirilib.

Reyting.az
Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadla xəbər verir ki, baxış zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların və sanitar-gigiyenik norma və qaydaların tələblərinin pozulduğu aşkarlanıb.

Bildirilir ki, şadlıq evində mətbəxin layihələndirilməsinin texniki normativ tələblərə uyğun olmadığı, məhsulların müvafiq temperaturda saxlanması üçün şəraitin təmin edilmədiyi, havalandırma sisteminin quraşdırılmadığı, işçi heyətin tibbi müayinədən keçmədiyi, xüsusi geyim və qoruyucu vasitələrlə təmin edilmədiyi, gigiyenik təlimlərə cəlb olunmadığı və digər nöqsanlar müəyyən edilib.

Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülərək sahibkar barəsində inzibati protokol tərtib edilib, şadlıq evinin fəaliyyəti məhdudlaşdırılıb.







Bölməyə aid digər xəbərlər
Bu gün, 12:42 Sabah leysan yağacaq
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər