Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Tarix: 01-11-2024 18:00 | Bölmə: Cəmiyyət
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə noyabrın 2-3-ü gecə və səhər gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.

Milli Hidrometeorologiya Xidmətindən Reyting.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyi arabir 13.9-20.7 m/san təşkil edəcək. Bu da sarı xəbərdarlığa uyğundur.

Bundan başqa, Hacıqabul, Şirvan, Qobustan, Mingəçevir, Naftalan, Goranboy, Gəncə, Göygöl, Daşkəsəndə fasilələrlə qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək ki, bu da sarı xəbərdarlığın göstəriciləridir.




Bölməyə aid digər xəbərlər
5-06-2025, 12:34 Sabah yağış yağacaq
4-06-2025, 12:30 Sabah yağış yağacaq
3-06-2025, 15:36 Xankəndiyə dolu düşüb
3-06-2025, 12:59 Sabah yağış yağacaq