13:00 / 04-12-2024
Şura sədri intihar edib
Pakistanda təhlükəli vəziyyət: məktəblərdə təhsil dayandırılıb
Tarix: 04-11-2024 08:57 | Bölmə: Cəmiyyət
Pakistanda təhlükəli vəziyyət: məktəblərdə təhsil dayandırılıb

Pakistanın Pəncab əyalətinin Lahor şəhərində havanın çirkliliyi rekord həddə çatdığı üçün bütün ibtidai məktəblərdə təhsil bir həftə dayandırılıb.

Reyting.az
“Davn” nəşrinə istinadla xəbər verir ki, hakimiyyət Lahorda havanın çirklənməsinə qarşı müxtəlif tədbirlər görür.

Dövlət rəsmiləri havanın keyfiyyətinin azalması ilə əlaqədar şəhərdəki bütün ibtidai məktəblərdə təhsilin bir həftə müddətinə dayandırılacağını açıqlayıb.

Pəncabın baş naziri Mariyum Aurangzeb mətbuat konfransında yüksək səviyyəli hava çirkliliyinin uşaqlar üçün təhlükəli olduğunu bildirib və məktəblərdə maskaların taxılmasının məcburi hala gətirilməli olduğunu vurğulayıb.

Oktyabrın 30-da Pəncab hökuməti Lahorda intensiv hava çirkliliyi olan ərazilərdə havanın keyfiyyətini aşağı salan fəaliyyətlərə məhdudiyyətlər qoyub.

Hava Keyfiyyəti İndeksinin (AQI) məlumatlarına görə, dünən şəhərdə havanın çirklənmə səviyyəsi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) “məqbul” hesab etdiyi səviyyədən 40 dəfə yuxarı qalxıb və Lahor dünyada “havanın çirklənməsinin ən yüksək səviyyəsinə malik şəhər” olub.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
Dünən, 12:42 Sabah leysan yağacaq
28-11-2024, 16:39 Sabah qar yağacaq
28-11-2024, 12:08 Sabah yağış yağacaq

bütün xəbərlər