Şahzadə kimyaterapiyadan sonra idmana qayıdıb
Tarix: 06-11-2024 08:33 | Bölmə: Cəmiyyət
Şahzadə kimyaterapiyadan sonra idmana qayıdıb

Uzun müddət xərçəng xəstəliyindən müalicə olunan Keyt Middlton yenidən məşqlərə başlayıb.

Reyting.az
bildirir ki, bu barədə “Hello” nəşri məlumat yayıb.

Bildirilir ki, Böyük Britaniya kralının gəlini şahzadə Keyt Middlton 7-8 ay aldığı kimyaterapiyadan sonra idman zalına qayıdıb. “Başa düşdüyümüz qədər, Keyt yaxşı formadadır. O, yenidən idman zalına qayıdıb və istədiyi bütün hərəkətləri edir”, - nəşrin insayderi bildirib.

V. QULİYEV




Bölməyə aid digər xəbərlər
Dünən, 12:56 Sabah yağış yağacaq

bütün xəbərlər