17:01 / 29-10-2025
Şirvanda zəlzələ olub
Növbəti iki gündə yağış yağacaq - Xəbərdarlıq
Tarix: 27-11-2024 15:01 | Bölmə: Cəmiyyət
Növbəti iki gündə yağış yağacaq

Bakı və Abşeronda noyabrın 28-dən 29-u axşamadək bəzi yerlərdə arabir yağış yağacağı, yarımadanın ayrı-ayrı yerlərində leysan xarakterli olacağı ehtimalı var.

Reyting.az
Milli Hidrometrologiya Xidmətinə istinadla xəbər verir ki, rayonlarda müşahidə olunan yağıntılı hava şəraitinin noyabrın 28-i axşamadək fasilələrlə davam edəcəyi, yağıntıların ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından, xüsusilə də Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.




Bölməyə aid digər xəbərlər
27-10-2025, 15:19 Sel olacaq - Xəbərdarlıq