“Ərəb şahzadəsi” amerikalıların 8 milyon dollarını mənimsəyib - Fotolar
Tarix: 01-06-2019 11:38 | Bölmə: Cəmiyyət
“Ərəb şahzadəsi” amerikalıların 8 milyon dollarını mənimsəyib

Özünü Səudiyyə şahzadəsi kimi qələmə verən bir şəxs amerikalıların 8 milyon dollarını “yeyib”.

Reyting.az
“AFP”yə istinadla xəbər verir ki, 48 yaşlı Florida sakini bu cinayətinə görə 18 il azadlıqdan məhrum edilib.

Entoni Qiqnak özünü səudiyyəli şahzadə Xalid ibn Al-Saud kimi qələmə verərək saxta sənədlər əsasında vətəndaşlara qarşı dələduzluq edib.

Şahzadə mənşəyini isbatlamaq üçün həmişə dəbdəbəli mülklərdə yaşayan, cangüdənlərin əhatəsində gəzən bədəməl investisiya adı ilə aldığı pulları öz əyləncələrinə xərcləyib.

“Ərəb şahzadəsi” amerikalıların 8 milyon dollarını mənimsəyib
“Ərəb şahzadəsi” amerikalıların 8 milyon dollarını mənimsəyib




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər