Moskvada xüsusi təyinatlını öldürən Yerevana qaçdı
Tarix: 03-06-2019 21:16 | Bölmə: Cəmiyyət
Moskvada xüsusi təyinatlını öldürən Yerevana qaçdı

Xüsusi təyinatlı Nikita Belyankinin ürəyinə bıçaqla zərbə vuran davadan az sonra Rusiyanı tərk edə bilər.

Reyting.az Rusiya mediasına istinadla bildirir ki, bu barədə polisə münaqişədə iştirak edən iki şübhəli məlumat verib.

Qatil Qriqor Ohanyandır və Moskva vaxtı ilə saat 6:20-də Yerevana uçub.

Saxlanılanların sözlərinə görə, onlar qatil üçün Ermənistana təyyarə bileti alıblar. İyunun 1-də baş verən dava isə millətlərarası münaqişədir.

“Bir Haus” barına gələn yerli sakinlər orada spirtli içki qəbul edən müştərilərdən xoşlanmayıblar. Onlar barmenlə birlikdə yeni gələnləri çölə çıxarıblar və dava başlayıb.

Belyankin dava görəndən sonra azlıqda olanların tərəfini saxlayıb. Havaya açılan atəş kömək etməyib – xüsusi təyinatlıya bıçaqla ölümcü zərbə vurulub.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}