Müsəlmanlar Ramazan bayramını qeyd edir
Tarix: 05-06-2019 01:25 | Bölmə: Cəmiyyət
Müsəlmanlar Ramazan bayramını qeyd edir

Azərbaycanda Ramazan (Orucluq) ayı başa çatıb.

Fitr bayramı (Şəvval ayının 1-i) Miladi təqvimlə iyunun 5-nə təsadüf edib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarına əsasən, Ramazan bayramı ilə əlaqədar iyunun 5-i və 6-sı ölkədə qeyri-iş günləridir.

Ramazan ayının başa çatması ilə əlaqədar iyunun 5-i saat 08:00-da “Əjdərbəy” məscidində, saat 09:00-da isə “Təzə Pir” məscidində bayram namazı qılınacaq.

Xatırladaq ki, Ramazan ayı mayın 6-da başlamışdı.

Ramazan bayramınız mübarək!

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}