Rusiyada xüsusi təyinatlının ölümünə görə daha 3 erməni saxlanıldı
Tarix: 05-06-2019 13:20 | Bölmə: Cəmiyyət
Rusiyada xüsusi təyinatlının ölümünə görə daha 3 erməni saxlanıldı

Daxili İşlər Nazirliyi, Federal Təhlükəsizlik Xidməti və Rusiya Qvardiyası xüsusi təyinatlı və Suriyadakı hərbi əməliyyarların veteranı Nikita Belyankinin ölümündə şübhəli bilinən daha 3 nəfəri saxlayıb.

Reyting.az-ın Rusiya mediasına istinadən verdiyi xəbərə görə, onlar davanın başladığı “Bir Haus” barında barmen işləyən Narek Stepanyan, “Moral” firmasının iqtisadçısı Suren Markosyan və işsiz Sergey Xodyanovdur.

Beləliklə, ümumilikdə 5 nəfər saxlanılıb.

Nikita Belyankin iyunun 1-də öldürülüb. O, sevdiyi qızla gəzintiyə çıxıb. Onlar barın yaxınlığında kütlənin iki nəfəri döydüyünü görüblər. Belyankin münaqişənin qarşısını almaq üçün müdaxilə edib və dava edənlərin diqqətini cəlb etmək üçün qaz tapançasından atəş açıb. Nəticədə kütlə ona hücum edib və onlardan biri bıçaqla xüsusi təyinatlını ürəyindən vurub.

Davada iştirak edən və Belyankini ürəyindən vuran erməninin Ermənistana qaçdığı bildirilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər