Zorlandığına görə depressiyaya düşən qız iynə vurdurub intihar etdi
Tarix: 05-06-2019 21:32 | Bölmə: Cəmiyyət
Zorlandığına görə depressiyaya düşən qız iynə vurdurub intihar etdi

Niderland sakini, 17 yaşlı Noa Pothoven evtanaziya nəticəsində ölüb.

Reyting.az xarici mediaya istinadən bildirir ki, qız uzun müddət zədədən sonrakı stress spozuqluğu, depressiya və anoreksiyadan əziyyət çəkib.

O, ötən il kritik vəziyyətdə xəstəxanaya yerləşdirilib. Pothovenin səhhətindəki problem uşaqlıqda və yeniyetmə vaxtlarındakı seksual zorakılıqdan sonra yaranıb. O, bu haqda “Qalib gəlmək, yaxud öyrənmək” adlı avtobioqrafik kitabında yazıb.

Niderland qanunvericiliyinə əsasən, əgər xəstə dözülməz həddə əziyyət çəkirsə və sağalmaq şansı demək olar yoxdursa, 12 yaşdan sonra hər kəsə evtanaziyaya icazə verilir.

17 yaşda isə prosedur üçün valideynlərdən, yaxud himayədarlardan razılıq tələb olunmur.

Reyting.az




Bölməyə aid digər xəbərlər
19-11-2024, 12:53 Sabah yağış yağacaq
18-11-2024, 12:54 Sabah yağış yağacaq

bütün xəbərlər