Paytaxt polisi itkin düşən 3 yaşlı uşaqla bağlı açıqlama yaydı
Tarix: 06-06-2019 12:46 | Bölmə: Cəmiyyət
Paytaxt polisi itkin düşən 3 yaşlı uşaqla bağlı  açıqlama yaydı

Polis əməkdaşları Sabunçu rayonu, Sabunçu qəsəbəsində itkin düşən 3 yaşlı Zəhra Rəsul qızı Bağırovanın axtarışlarını intensiv şəkildə davam etdirir.

Bakı Şəhər Baş Polis İdarəsinin Mətbuat xidmətindən Reyting.az-a verilən məlumata görə, Z.Bağırovanı görənlərdən yaxınlıqdakı polis bölməsinə və ya DİN-in 102 zəng mərkəzinə məlumat vermələri xahiş olunub.

Qeyd edək ki, sosial şəbəkələrdə azyaşlı Zəhra ilə bağlı yanlış foto - kişinin əlindən tutmuş uşaq fotosu yayılıb. Lakin həmin fotodakı uşağın Zəhra olmadığı məlum olub.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}