18:48 / 25-11-2024
Ətir - Akif Abbasov yazır
Məhkəmə komitənin qərarını ləğv etdi - Məşhur iş adamının işi üzrə
Tarix: 24-07-2019 11:16 | Bölmə: Cəmiyyət
Məhkəmə komitənin qərarını ləğv etdi - Məşhur iş adamının işi üzrə

Bakı Apellyasiya Məhkəməsində məşhur iş adamı, "Sədərək" ticrarət mərkəzinin sahibi Yusif Qədimbəylinin cərimələnməsi barədə qərarın ləğv edilməsi ilə bağlı qərardan Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilən şikayətə baxılıb.

"Report"un xəbərinə görə, hakim Rizvan Səfərovun sədrlik etdiyi iclasda Nəsimi Rayon Məhkəməsinin qərarı ləğv edilib.

İş yenidən baxılması üçün birinci instansiyaya qaytarılıb.

Qeyd edək ki, Əmlak Məsələləri Dövlət Komitəsi Y.Qədibəyli barəsində İnzibati Xətalar Məcəlləsinin 248.2-ci maddəsi ilə protokol tərtib edib.

Bu maddə Xəzər dənizinin Azərbaycana mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaq sahələrini müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan hasara alma yolu ilə və ya digər üsullarla bağlanılması ilə bağlı məsuliyyəti nəzərdə tutur.

Y.Qədimbəyli bu əməli inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsində təqsirləmdirilir. Bu əmələ görə, fiziki şəxslər beş min manat məbləğində, vəzifəli şəxslər on min manat məbləğində, hüquqi şəxslər əlli min manat məbləğində cərimə edilir.

Nəsimi Rayon Məhkəməsi cərimə qərarını ləğv edib. Bu qərardan Dövlət Komitəsinin verdiyi apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsində baxılıb.

Qeyd edək ki, Yusif Qədimbəyli "Sədərək" ticrarət mərkəzinin və Qubada yerləşən Qafqaz TV (əvvəllər "Xəyal" adlanıb) regional telekanalının sahibidir




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər