13:04 / 16-09-2024
Sabah yağış yağacaq
Göyçay sakini 80 kq narkotiklə tutuldu
Tarix: 28-08-2019 11:45 | Bölmə: Cəmiyyət
Göyçay sakini 80 kq narkotiklə tutuldu

Göyçay sakininin evində çətənə kolları və marixuana aşkarlanıb.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin Şəki regional qrupundan Reyting.az-a verilən məlumata görə, Göyçay Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və onların kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən şəhər sakini 48 yaşlı Sahil Abdullayev saxlanılıb.

Davam etdirilən tədbirlərlə onun yaşadığı evə və həyətyanı sahəsinə də baxış keçirilib. Oradan ümumi çəkisi 80 kq-dan artıq olan, xüsusi aqrotexniki qaydada qulluq edilməklə yetişdirilən 24 ədəd çətənə bitkisi və 1 kq 50 qr narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.




Bölməyə aid digər xəbərlər
Bu gün, 13:04 Sabah yağış yağacaq