Paşinyan Erməni Apostol Kilsəsini Azərbaycanla sülhə təhlükə görür
Xocalıya növbəti köç karvanı gedib - (Yenilənib) - Fotolar
Sədr postu uğrunda mübarizə ata-oğul qarşıdurmasına səbəb olub
Sülh savaşı - Zahid Oruc yazır
Azərbaycan və Ermənistan nümayəndələri Yerevanda görüşüblər - Fotolar
On yeddi mindən çox müəllimin maaşı artacaq
Hərbi ekspert: Azərbaycan Cənubi Qafqazda sabitliyi təmin edən əsas aktordur
Dövlət Agentliyinin rəisi vəzifədən azad olunub - Yeni təyinat - (Yenilənib)
Ərdoğan və Netanyahunun yeni döyüş meydanı - Kipr
Anar Əsədlidən 4 şikayətçi var
Vəkil Zabil Qəhrəmanov həbs olunub
Tarix: 26-08-2016 12:07 | Bölmə: Cəmiyyət

"Ağ Yol" Vətəndaş Hərəkatı "Facebook" sosial şəbəkəsilə bağlı bəyanat verib.
Bəyanatda qeyd edilir ki, inkişaf etmiş Qərb dövlətlərinin laboratoriyalarında yaradılan sosial şəbəkələr dünya ictimaiyyətinə azad, demokratik məkan kimi təqdim edilsə də, əslində onların siyasi güclər tərəfindən idarə olunduğu heç kəsdə şübhə doğurmur:
"Narıncı inqilab”ların, "Ərəb baharı”nın, digər iğtişaş və qiyamların reallaşmasına təkan verən, qığılcımların alovlanmasında katalizator rolunu oynayan sosial şəbəkələri idarə edənlər sanki hər bir ölkə üçün spesifik fəaliyyət planları hazırlayıblar. Məqsəd hakimiyyətlə xalq arasında bağlılığı zəiflətmək, dövlətin sütunlarını laxlatmaq, Şərqi, xüsusilə də müsəlman ölkələrini gözdən salmaq və prosesləri Qərbin maraqlarına uyğun şəkildə idarə etməkdir.
"Ağ Yol" Vətəndaş Hərəkatı təəssüflə bəyan edir ki, sosial şəbəkələrin bu cür qərəzli fəaliyyəti Azərbaycandan da yan keçməyib. Aparılan müşahidə və təhlillər göstərir ki, son vaxtlar Azərbaycanda dövlətçilik ideyalarını dəstəkləyən, xaricdən gələn qeyri-ənənəvi cərəyanların fəsadlarını açıb göstərən "Facebook" səhifələrinin fəaliyyətinə heç bir əsas olmadan ciddi maneələr yaradılır. Xüsusilə, Fətullah Gülən terror təşkilatı (FETÖ) tərəfindən Türkiyədə həyata keçirilən hərbi qiyam cəhdi və ondan sonrakı proseslərlə bağlı operativ paylaşımlar edən, bu terror şəbəkəsinin fəaliyyətini ifşa edən səhifələrin fəaliyyəti "Facebook" tərəfindən məhdudlaşdırılıb.
Eyni tendensiya bu ilin aprel ayında cəbhə bölgəsindəki hərbi əməliyyatlar zamanı da baş vermişdi. "Facebook" o zaman da Azərbaycanda ən aktiv səhifə, qrup və profillərin cəbhə bölgəsindən olan xəbərləri paylaşmalarına əngəl yaradırdı.
"Ağ Yol" Vətəndaş Hərəkatı bəyan edir ki, özünü azad sözün, fikir müxtəlifliyinin məkanı sayan "Facebook" sosial şəbəkəsinin bu hərəkəti heç bir çərçivəyə sığmır və onun siyasi güclərin əlində alət olması barədə şübhələri daha da gücləndirir”.
"Ağ Yol" Vətəndaş Hərəkatı öz bəyanatında Azərbaycanda ən aktiv səhifə, qrup və profillərin "Facebook" tərəfindən əsassız təqib edilməsini pisləyir və sosial şəbəkə rəhbərliyindən bu kimi halların aradan qaldırılması üçün təcili tədbirlərin görülməsini tələb edir.
Reyting.az
Bölməyə aid digər xəbərlər
















ADP sədri ehtimal edir ki, “Tərtər işi” yaxşı araşdırılsa, onun da altından Mehdiyev və əlaltıları çıxacaq
Xalq artisti deyir ki, rəqqasların səhnə ömrü çox qısa olur. Bu az müddətdə uğur qazanmaq, əsl sənətkar kimi yetişmək üçün daha çox zəhmət çəkmək lazımıdır
Rus Dram Teatrının aktyoru deyir ki. bölgə teatrlarında diplomlu aktyor və rejissor tapmaq müşkül məsələdir
Qüdrət Həsənquliyevin fikrincə, Tramp görsə ki, Ukrayna qalib gəlir, Rusiyaya təkcə siyasi yox, hərbi dəstək də verəcək
"Xalq qəzeti"nin şöbə müdiri deyir ki, ömrü boyu özünü axtaran, dəfələrlə yanından ötüb keçən o qədər insan var ki