OBA marketlər şəbəkəsinin keçmiş əməkdaşları tutuldu
Tarix: 12-12-2019 13:26 | Bölmə: Cəmiyyət
OBA marketlər şəbəkəsinin keçmiş əməkdaşları tutuldu

OBA marketlər şəbəkəsinin 4 keçmiş əməkdaşı həbs edilib.

“Report” xəbər verir ki, marketlər şəbəkəsinin Sabuncu rayonu, Nardaran qəsəbəsində yerləşən mağazasında ərzaq məhsullarını sataraq pulları mənimsəyən keçmiş əməkdaşları saxlanılıb.

Polislər tərəfindən kecirilən əməliyyat zamanı mağazanın işdən çıxarılmış keçmiş işçiləri Ramiz Hüseynov, Hüseyn Rzayev, Əli Cavadov və Fazil Tağıyev saxlanılıblar.

Onların barəsində cinayət işi açılıb.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}