20:05 / 23-10-2025
Zelenski uzaqmənzilli raketlərin alınmasını müzakirə edib
19:54 / 23-10-2025
İcra başçısının oğlu aparat rəhbəri təyin edilib
18:30 / 23-10-2025
Din xadimi əməliyyat olunub - Foto
17:50 / 23-10-2025
On yeddi mindən çox müəllimin maaşı artacaq
17:43 / 23-10-2025
Tramp Qəzza zolağını ziyarət etməyi planlaşdırır
17:30 / 23-10-2025
QHT işi: Asiman Qocayevin məhkəməsi başlayıb
17:18 / 23-10-2025
Əfqan Sadıqov həbs olunub
17:14 / 23-10-2025
Müğənni: "Qadın aparıcı pulu sürücümün üzünə çırpıb"
16:52 / 23-10-2025
Dörd min kosmik güzgünün yerləşdirilməsi etirazla qarşılanır
16:42 / 23-10-2025
Alkoqollu içkilər üçün aksiz dərəcəsi artırılır
16:37 / 23-10-2025
Gələn il minimum maaş sabit qalacaq
16:14 / 23-10-2025
Filmin hüquqları 20 milyon dollara satılıb
16:10 / 23-10-2025
Media subyektləri üçün vergi güzəşti daha 3 il uzadılır
15:59 / 23-10-2025
İlon Mask robot ordusunu idarə etmək istəyir
15:59 / 23-10-2025
Kamran Əliyev “Belem Bəyannaməsi”ni imzalayıb
15:51 / 23-10-2025
Evlərini kirayə verənlərin gəlirlərindən 10 faiz vergi tutulacaq
15:34 / 23-10-2025
Ərdoğan və Netanyahunun yeni döyüş meydanı - Kipr
15:09 / 23-10-2025
Bakının iki rayonundakı qəzalı binalar sökülür
15:05 / 23-10-2025
Noyabrda 12 gün qeyri-iş günü olacaq
14:48 / 23-10-2025
Professor: Azərbaycan və Ermənistandakı partiyalar arasında da təmaslar olmalıdır
14:36 / 23-10-2025
QHT rəhbəri İrəvandan fotolar paylaşıb
14:16 / 23-10-2025
Hərbi ekspert: Azərbaycan Cənubi Qafqazda sabitliyi təmin edən əsas aktordur
13:40 / 23-10-2025
Xocalıya növbəti köç karvanı gedib - (Yenilənib) - Fotolar
13:21 / 23-10-2025
Suriyadan altı azərbaycanlı ölkəyə gətirilib
13:01 / 23-10-2025
Daxili İşlər Nazirliyinə yeni səlahiyyət verilib
12:43 / 23-10-2025
QHT rəhbəri 148 min manat mənimsəmədə ittiham olunur
12:41 / 23-10-2025
Sabah hava necə olacaq? - Proqnoz
12:34 / 23-10-2025
Deputat: "2026-cı ildən media əməkdaşları da gəlir vergisinə cəlb olunacaq"
12:22 / 23-10-2025
Yarım milyonluq ofis qalmaqalı -“AMAY” rəhbərliyi məhkəmədə uduzub
12:00 / 21-10-2025

15:51 / 20-10-2025

16:07 / 20-10-2025

16:05 / 21-10-2025

14:28 / 20-10-2025

13:12 / 21-10-2025

14:39 / 19-10-2025

19:39 / 22-10-2025

08:12 / 19-10-2025

13:40 / 23-10-2025

09:43 / 19-10-2025

10:54 / 19-10-2025

Sığorta şirkəti Ali Məhkəmənin qərarını icra eləmir - Müraciət
Tarix: 13-01-2020 13:56 | Bölmə: Cəmiyyət

Qarabağ müharibəsi veteranı İsgəndər Bəhman oğlu Qasımov “Beynəlxalq Sığorta Şirkəti” ASC ilə bağlı mətbuata müraciət edib.
Veteranın təqdim etdiyi sənədlərdən məlum olur ki, “Beynəlxalq Lizinq” QSC (keçmiş adı: “Join Lizinq Kompani” QSC) ilə Qasımov arasında imzalanmış 24.12.2013-cü il tarixli 580/64/2013 saylı Daxili Maliyyə Lizinqi müqaviləsinə əsasən iddiaçıya (lizinqalana) bir ədəd 10 S 941 dövlət qeydiyyat nişanlı, “HMK 140 W3” markalı ekskavator-yükləyici verilib. Müqavilə şərtlərinə uyğun olaraq iddiaçı ödəniş cədvəlində qeyd edilən növbəliliklə hər ay lizinq haqqını (həmin ödənişə sığorta haqqı da daxildir) ödəməyə davam edir.
Lakin 05.07.2-16-cı il tarixdə Bakı şəhəri, Pirallahı qəsəbəsi, S. Bağırov küçəsində yerləşən avtodayanacaqda baş vermiş yanğın nəticəsində lizinq obyekti yanaraq istimara yararsız hala düşüb. Faktla əlaqədar “Yanğın haqqında akt” tərtib edilərək baş vermiş hadisənin təfərrüatları qeyd edilməklə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və iddiaçının imzası ilə təsdiqlənib. Lizinq obyektinin bərpasına çəkilməli xərcin dəyəri “Aqrointer” müəssisəsi tərəfindən 18.07.2016-cı il tarixdə verilmiş “140 W3”-nun təmiri ilə bağlı təklifə əsasən 62103.07 manat təşkil edib. Həmin müəssisə tərəfindən təmiri nəzərdə tutulan ehtiyat hissələrinin ABŞ dollar ilə gətirilməsi səbəbiylə həmin təklifdəki qiymətlərin AZN-USD məzənnəsindəki cari fərqə görə dəyişdirilə biləcəyi qeyd edilir.
Təmirlə bağlı təklifdə yanma nəticəsində ekskavatorun idarəetmə sütunu (sükan), komplekt, komplekt kabin (kabin bağlantı elementləri, qapı, şüşələr və sair daxil olmaqla), kabin elektrik təsisatı (kabellər), monitor və sair idarəetmə avadanlıqları, operator oturacağı sıradan çıxıb və təmirinə çəkiləsi xərc 52317.7 manat təşkil edib. Əlavə olaraq 7 günlük usta təmiri xərcləri (hidromekdən), ustaların otel və yemək xərcləri, təyyarə bileti (2nəfərlik), gediş-dönüş - cəmi 9786 manat təşkil etdiyi müəyyənləşdirilib.
Lizinq müqaviləsinin predmetini təşkil edən bir ədəd “HMK 140 W3” markalı ekskavator “Beynəlxalq Sığorta Şirkəti” ASC tərəfindən MTRC SAQ 47865 nömrəli, 29.12.2013-cü il tarixli sığorta şəhadətnaməsi ilə avtonəqliyyat vasitələrinin sığortası sinfi üzrə sığortalanıb. 05 iyul 2016-cı il tarixli “Büynəlxalq Lizinq” QSC-nin Beynəlxaq Sığorta Şirkətinin İddialar departamentinin direktoru F. İsmayılova ünvanladığı 358 nömrəli məktubla lizinqalana verilmiş “HMK 140 W3” markalı ekskavator-yükləyicinin yanması səbəbiylə sığorta ödənişinin texnikanın təmirinə yönəldilməsi, 26 iyul 2016-cı il tarixli məktubla isə lizinq müqaviləsi üzrə Qasımov İsgəndər Bəhman oğlunun 22970 manat borcu olduğunu və sığorta ödənişindən həmin məbləğin lizinqverənin hesabına, yerdə qalan məbləğin iddiaçının, yəni lizinqalanın hesabına ödənilməsi bildirilib. Beynəlxalq Sığorta Şirkətinin İdarə Heyətinin sədri tərəfindən 07.09.2016-cı il tarixli, 324 saylı “Beynəlxalq Lizinq” QSC-yə ünvanlanmış məktubla sığorta ödənişindən imtina edilib.

İsgəndər Qasımovun təqdim etdiyi sənədlərdən məlum olur ki, imtina məktubunda sığorta şəhadətnaməsinin “Sığorta təminatı” adlanan bölməsində ümumi sığorta haqqının cəmi 4.121 manat olduğu və ümumi sığorta haqqının, 6 hissəyə bölünərək müəyyən edilmiş tarixlərdə ödəniləcəyinin nəzərdə tutulduğu, ümumi sığorta haqqının ilk hissəsinin (686 manat) lizinqverən təfindən razılaşdırılan müddətdə, ikinci hissənin (686 manat) 18 gün gecikməklə ödənildiyi və sonra ödənişin dayandırıldığı qeyd edilib. Hadisənin baş verdiyi tarixdən sonra Ümumi sığorta haqqının qalan hissəsinin, yəni həm gecikdirilmiş 3,4 və 5-ci hissələri (2061 manat), həm də hələlik vaxtı çatmamış altıncı hissə (686 manat), ümumilikdə 2749 manat nağd qaydada ödənilib. Sığorta ödənişi barədə müraciətə cavab olaraq, Mülki Məcəllənin 935.1.9-cu maddəsinə istinad edilərək Ümumi sığorta haqqının 29.12.2014-cü il, 29.06.2015-ci il və 29.12.2015-ci il tarixlərində ödənilməsi 3, 4 və 5-ci hissələri barəsində müraciət edilən yanğın hadisəsi baş verənədək ödənilmədiyindən, həmin hadisə üzrə sığorta ödənişindən imtina edilib.
İddiaçı İ. Qasımov cavabdehlər “Beynəlxalq Lizinq” QSC və “Beynəlxalq Sığorta Şirkəti” ASC-yə qarşı cavabdehlər “Beynəlxalq Lizinq” QSC və “Beynəlxalq Sığorta Şirkəti” ASC-dən 62103,7 manat sığorta ödənişinin və hər gecikdirilmiş 148 gün üçün 0.1 faiz həcmində hesablanmış 9191 manat məbləğində dəbbə pulunun iddiaçıya verilməsi barədə iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə (yəni birinci instansiya məhkəməsi) müraciət edilib.
Birinci instansiya məhkəməsinin 15 mart 2018-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh “Beynəlxalq Sığorta Şirkəti” ASC-dən 75 min manat sığorta ödənişi, 44475 manat məbləğində dəbbə pulu və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilib.
Məhkəmənin qeyd olunan qətnaməsindən narazı qalan cavabdeh “Beynəlxalq Sığorta Şirkəti” ASC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin 15 mart 2018-ci il tarixli qətnaməsinin qismən təmin edilməsi hissəsinin də ləğvini, iddianın rədd edilməsini xahiş edib.
Bakı Apellyasiya Məhkəməsinin İnzibati İqtisadi Kollegiyasının (Apellyasiya instansiya məhkəməsi) 09.08.2018-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin 15 mart 2018-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin təmin edilməməsi qət edilib.
Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası məruzəçi hakimin məruzəsini, iddiaçının vəkilinin, cavabdehin nümayəndəsi və vəkilin izahat və çıxışlarını dinləyərək, işin hallarının qüvvədə olan qanunvericilik normalarına uyğunluğunu yoxlayaraq hesab edib ki, Apellyasiya Məhkəməsinin 09 avqust 2018-ci il tarixli qətnaməsi qüvvədə saxlanılsın.
Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının iddiaçı İsgəndər Bəhram oğlu Qasımov cavabdehlər “Beynəlxalq lizinq”QSC-yə və “Beynəlxalq Sığorta Şirkəti” ASC-yə qarşı iş üzrə qərarına əsasən cavabdeh “Beynəlxalq Sığorta Şirkəti” ASC –nin kassasiya şikayəti təmin edilməyib.
Bakı Apellyasiya Məhkəməsi İnzibati-İqtisadi Kollegiyasının 09.08.2018-ci il tarixli 2 (103)-399/2018 saylı qətnaməsi dəyişiklik edilmədən qüvvədə saxlanılıb.
İ. Qasımovun sözlərinə görə, sözügedən məsələnin bu həddə çatmasının əsas səbəbkarı “Beynəlxalq Sığorta Şirkəti” ASC-nin İdarə heyətinin sədr müavini Vasif Əhmədovdur:
“Vasif Əhmədovla dəfələrlə bu barədə söhbətimiz olub. Bildirmişəm ki, haqlı olduğum halda məni dağa-daşa salmayın. Birinci məhkəmə instansiyasından əvvəl də demişdim ki, mən haqlıyam. İndi bütün məhkəmələr mənim haqlı olduğum barədə qərar çıxardığı halda, bir ildən artıqdır ki, hüquqlarım Vasif Əhmədov tərəfindən pozulur. Bu adam əvvəlcə mənə dəymiş 120 min manat müqabilində 70 min təklif etdi, indi isə ümumiyyətlə məsuliyyətdən boyun qaçırır.
Yadınızdadırsa “EuroHome” yananda insanlar sahibkarları qınadı ki, niyə mallarını sığorta etdirməyiblər. Ona görə ki, hansı məbləğdə sığorta etdirməyindən asılı olmayaraq, axırda belə çətinliklə üzləşməli olursan”.
İ. Qasımov müraciətinin sonunda bütün aidiyyatı qurumların rəhbər şəxslərindən xahiş edir ki, V. Əhmədovun özbaşınalığına son qoyulması üçün qanunun imkan verdiyi formada bu işə müdaxilə etsinlər.
Bölməyə aid digər xəbərlər

Bu gün, 15:59
Kamran Əliyev “Belem Bəyannaməsi”ni imzalayıb
Bu gün, 15:09
Bakının iki rayonundakı qəzalı binalar sökülür
Bu gün, 12:41
Sabah hava necə olacaq? - Proqnoz
Bu gün, 12:13
İrandan Azərbaycana 35 kq narkotik keçirmək istəyiblər
Bu gün, 11:32
Şəmkirdə maskalı şəxs evə basqın edib - Foto
Bu gün, 11:14
Quldurlar avtobus sərnişinlərini qarət ediblər
Bu gün, 09:30
Bakıda avtomobildə partlayış olub, yaralı var
Bu gün, 09:29
Daxili İşlər Nazirliyi sürücülərə çağırış edib - Video
Dünən, 17:49
Bələdiyyə sədrinin ölkədən çıxışına "stop" qoyulub
Dünən, 17:42
“QHT işi” üzrə daha bir məhkəmə başlayıb
Dünən, 14:50
Mərkəzi Xəstəxananın direktoru vəzifədən azad olunub
Dünən, 12:41
Sabah bəzi ərazilərə yağış yağacaq
Dünən, 12:39
Axtarışda olan 4 nəfər Azərbaycana gətirilib
Dünən, 07:34
NASA Maskın şirkətindən imtina edə bilər - Foto
21-10-2025, 23:28
Biləsuvarda 45 yaşlı kişi bıçaqlanıb
21-10-2025, 17:48
Muxtar Babayev keçmiş işçisinə vəzifə verib
21-10-2025, 17:11
Bıçaqlanan mətbuat katibi evə buraxılıb
21-10-2025, 16:23
Sumqayıtda iynə vurulan 43 yaşlı kişi ölüb
21-10-2025, 13:12
Daş Veysəlli kəndində Şəhidlər Abidə Kompleksi yaradılıb - Fotolar
21-10-2025, 12:48
Sabah yağış yağacaq - Proqnoz
21-10-2025, 11:20
Yavər Camalovun ailəsinə ağır itki üz verib
21-10-2025, 10:24
"SpaceX" 10 000-ci peykini orbitə çıxardıb - Foto
20-10-2025, 17:11
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
20-10-2025, 16:56
Bulvar İdarəsinin sabiq sədri hakim qarşısına çıxarılıb
20-10-2025, 14:42
AZAL təyyarəsi Sankt-Peterburqa qayıtmağa məcbur olub - Yenilənib
20-10-2025, 12:37
Sabahın hava proqnozu açıqlanıb
20-10-2025, 12:14
Xaçmazda 34 yaşlı şəxs güllələnib
20-10-2025, 11:21
Ötən ay xaricdə təhsil almış 108 nəfərin diplomu tanınmayıb
20-10-2025, 10:46
Su anbarında meyit tapılıb
20-10-2025, 09:40
Gəncədə 25 yaşlı gənc toyda bıçaqlanıb
20-10-2025, 09:20
Şəmkirdə kişi avtomobil qaldırıcısının altında qalaraq ölüb
17-10-2025, 19:38
Deportasiyadan bəhs edən kitabın təqdimatı olub - Fotolar
17-10-2025, 18:02
DİN-də kollegiya iclası keçirilib
17-10-2025, 16:57
Ramiz Mehdiyev ev dustaqlığını bu villasında çəkir - Fotolar
17-10-2025, 14:09
Emin Hüseynov: "Füzuli şəhərində artıq 3 mindən çox əhali yaşayır"
17-10-2025, 12:50
Sabah yağış yağacaq - Proqnoz
17-10-2025, 12:05
"Hakimlər haqqında" qanuna dəyişikliklər qəbul olunub
17-10-2025, 10:26
Xidmət: "Yağışlı hava davam edəcək"
17-10-2025, 09:56
Ekspert: "Eşqi Bağırov Agentliyə buraxılmır, onun "qələm"i qırılıb"
17-10-2025, 08:47
Robot köpəklər Çinin küçələrində patrulluq edirlər
17-10-2025, 08:05
3D-bioprinter tibb aləmində yenilik olacaq
16-10-2025, 18:01
Fərhad Əhmədov məhkəmədə: "İnandırmışdılar ki, yaxtanı azad edəcəklər"
16-10-2025, 17:09
Daha bir vəzifəli şəxs saxlanılıb - Foto
16-10-2025, 16:25
Füzulidəki qəzada dörd nəfər xəsarət alıb