21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
İki qurum Bakıda karantinə alınan xəstələrlə bağlı açıqlama yaydı
Tarix: 06-02-2020 09:44 | Bölmə: Cəmiyyət
İki qurum Bakıda karantinə alınan xəstələrlə bağlı açıqlama yaydı

Səhiyyə Nazirliyi ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb. 

Reyting.az
-a daxil olan məluamta görə, Kliniki Tibbi Mərkəzdə fevral ayının 6-sı üçün yoluxucu xəstəliklər şöbəsində 6 nəfər qalıb.Xəstəxanada olanların səhhətində ciddi problem aşkarlanmayıb.

Həkim müşahidələri davam edir.

Bir daha qeyd edirik ki, bu insanlar Çinin koronavirus qeydə alınmayan şəhərlərində olublar. Onların xəstə şəxslərlə kontaktı olmayıb. Azərbaycana tranzit aviareyslərlə İstanbul, Dubay və Moskva şəhərlərindən gəliblər.Xəstəlik alovlanan ərazidən gələnlər isə xüsusi ayrılmış tibb müəssisəsində saxlanılanılır. Həmin tibb müəssəsindən verilən məlumata görə, onların da səhhətində hər hansı bir problem aşkarlanmayıb. Karantin müddətinin sonunda onlar da evlərinə buraxılacaqlar.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər