21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
AXC-nin elan olunduğu binanın bərpasına nə qədər pul xərclənəcək?
Tarix: 06-02-2020 14:38 | Bölmə: Cəmiyyət
AXC-nin elan olunduğu binanın bərpasına nə qədər pul xərclənəcək?

Tbilisi şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) elan olunduğu bina, hazırkı Gənclər Sarayının bərpası layihəsinin dəyəri, təxminən, 25 milyon lari (8,8 milyon ABŞ dolları) təşkil edir.

“Report”un yerli brüosu xəbər verir ki, bunu Tbilisi merinin müavini İrakli Bendeliani şəhərdə 2020-2021-ci illərdə həyata keçiriləcək layihələrin təqdimatında bildirib.

Onun sözlərinə görə, layihə çərçivəsində binada möhkəmləndirmə və təmir-bərpa işləri aparılacaq.

Mer müavini tarixi binada təmir-bərpa işlərinin 2021-ci ildə yekunlaşdırılacağını deyib.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər