Külək Gəncədə ağacları aşırıb, damları uçurub - Foto
Tarix: 25-02-2020 16:46 | Bölmə: Cəmiyyət
Külək Gəncədə ağacları aşırıb, damları uçurub

Bu gün Gəncə şəhərində səhər saatlarından başlayaraq əsən güclü külək ağacları, elektrik və telefon xətləri dirəklərini aşırıb.

Məlumata görə, külək Yeni Gəncə yaşayış massivində yerləşən 23 nömrəli uşaq bağçası-körpələr evinin, Üzeyir Hacıbəyov, Dədə Qorqud, Tağı Arani və Azərbaycan küçələrində çoxmənzilli binaların, Şıxzamanlı və Məhsəti qəsəbələrində bəzi fərdi yaşayış evlərinin dam örtüklərini yararsız hala salıb.

Şəhər ərazisində elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Fəsadların aradan qaldırılması istiqamətində aidiyyəti qurumlar tərəfindən iş aparılır/Report.

Külək Gəncədə ağacları aşırıb, damları uçurub




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}