21:38 / 26-11-2024
Ordubadda zəlzələ olub
Gürcüstanda koronavirusa görə məktəblər tətilə buraxılır
Tarix: 29-02-2020 13:49 | Bölmə: Cəmiyyət
Gürcüstanda koronavirusa görə məktəblər tətilə buraxılır

Gürcüstanda koronavirusun yayılmasına qarşı görülən profilaktik tədbirlər çərçivəsində məktəb tətilinin vaxtı dəyişdirilib.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, müvafiq qərar Baş nazir Giorgi Qaxariyanın rəhbərliyi ilə fəaliyyət göstərən Qurumlararası Koordinasiya Qrupu tərəfindən qəbul edilib.

Qərara əsasən, martın 9-dan 16-dək planlaşdırılan tətilin vaxtı martın 2-ə çəkilib.

Qərarın məqsədinin Səhiyyə Nazirliyi tərəfindən məktəblərdə dezinfeksiya işləri aparılması olduğu bildirilir.

Bundan başqa, uşaq bağçalarında və ictimai nəqliyyatda dezinfeksiya işləri də intensivləşdiriləcək.

Qeyd edək ki, Gürcüstanda bu gün üçüncü koronavirusa yoluxma halı qeydə alınıb. Ölkədə karantinə alınan şəxslərin 170 nəfər olduğu bildirilir.




Bölməyə aid digər xəbərlər
bütün xəbərlər