Azərbaycanda daha 9 nəfər koronavirusa yoluxub - Qərargah açıqlama yayıb
Tarix: 21-03-2020 18:37 | Bölmə: Cəmiyyət
Azərbaycanda daha 9 nəfər koronavirusa yoluxub - Qərargah açıqlama yayıb

Azərbaycan Respublikasında daha 9 nəfər koronavirus infeksiyasına yoluxub. 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Reyting.az-a verilən məlumata görə, xüsusi rejimli xəstəxanalara yerləşdirilən və müşahidə altında olan pasiyentlər özlərini normal hiss edirlər, səhhətləri sabitdir.

"Hazırda Azərbaycanda 42 nəfər aktiv koronavirus xəstəsi xüsusi rejimli müəssisələrdə həkim nəzarəti altında saxlanılır, onların müalicəsi ilə bağlı müvafiq tədbirlər davam etdirilir.

Bir daha vətəndaşlarımızı şəxsi gigiyena qaydalarına, Ümumdünya Səhiyyə Təşkilatının, Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməyə çağırırıq.

Vətəndaşlardan özünütəcrid tədbirlərinə uyğun davranmaq, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmaq, digər şəxslərlə minimum kontaktda olmaq, insanların sıx toplaşdığı yerlərə getməmək və digər qaydalara əməl etmək tələb olunur".




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}