Həcc ziyarətinə kimlər gedəcək?
Tarix: 07-07-2020 19:43 | Bölmə: Cəmiyyət
Həcc ziyarətinə kimlər gedəcək?

Səudiyyə Ərəbistanında yaşayan ən azı 10.000 əcnəbi və bir qrup Səudiyyə vətəndaşı Həcc ziyarətini yerinə yetirəcək.

Reyting.az
“ISNA”-ya istinadla xəbər verir ki, bunu Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi bildirib.

Həcc ziyarətində iştirak edənlərin 70 faizi xarici, 30 faizi isə Səudiyyə vətəndaşı olacaq.

Nazirlik, Səudiyyə vətəndaşları arasında Həcc ziyarəti zamanı yalnız koronavirusa yoluxmamış hacılar və hüquq-mühafizə qüvvələrinin iştirak edəcəyini açıqlayıb. Bu, krallıqda yaşayan, heç bir xroniki xəstəliyi olmayan 20 yaşdan 50 yaşadək olan şəxslərdir.

Ölkədə Həcc ziyarəti üçün yeni sağlamlıq və təhlükəsizlik protokolları hazırlanmışdır ki, buna əsasən bu il Həcc zamanı Kəbəyə toxunmaq qadağan ediləcək və Təvaf və camaat namazları zamanı zəvvarlardan bir-birindən ən azı yarım metr məsafədə dayanması tələb olunur. Mina, Məşər əl-Həram və Ərafatda iştirak etmək yalnız lisenziya əldə etməklə mümkün olacaq və maskalardan istifadə zəvvarlar və işçilər üçün məcburidir.




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}