Azərbaycanın baş epidemioloqu istefa verdi
Tarix: 08-07-2020 13:11 | Bölmə: Cəmiyyət
Azərbaycanın baş epidemioloqu istefa verdi

İbadulla Ağayev Azərbaycanın baş epidemioloqu vəzifəsindən çıxıb.

Reyting.az
xəbər verir ki, bu barədə APA-ya açıqlamasında İ. Ağayev özü bildirib.

O deyib ki, öz istəyi ilə ərizə yazaraq bu vəzifədən gedib: “1976-cı ildən Azərbaycan Tibb Universitetində işləyirəm. 1992-ci ildən isə ATU-da professor, kafedra müdiriyəm. Həmçinin Əməkdar müəllim, Əməkdar elm xadimiyəm. 1991-ci il, ya da 1992-ci ildən ictimai əsaslarla baş epidemioloq oldum. İctimai əsaslarla işləyəndə heç kimə bunun müqabilində pul, maaş verilmir. Heç kim mənə heç nə deməyib. Sadəcə, könüllü olaraq ərizə yazdım”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}