27 yaşlı şəxsin qətlində şübhəli bilinən tutulub
Tarix: 09-07-2020 10:02 | Bölmə: Cəmiyyət
27 yaşlı şəxsin qətlində şübhəli bilinən tutulub

İyulun 08-də saat 20 radələrində Füzuli rayonunun Mahmudlu-2 kəndi ərazisində 1993-cü il təvəllüdlü Məzahir Gəncallının üzərində bıçaq xəsarətləri olan meyiti aşkar edilib. Barədə daxil olan məlumat əsasında dərhal prokurorluq əməkdaşları məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçiriblər.

Baş Prokurorluqdan verilən məlumata görə, faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

İş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilib, müvafiq ekspertizalar aparılıb.

İstintaqla hadisənin zərərçəkmişin həmkəndlisi 1995-ci il təvəllüdlü Elşad Muradlı tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}