07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Qarət etdikləri evi yandıran dostlar saxlanılıb - Fotolar
Tarix: 10-07-2020 10:50 | Bölmə: Cəmiyyət
Qarət etdikləri evi yandıran dostlar saxlanılıb

Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə və Zaqatala Rayon Polis Şöbəsinə rayonun Çobankol kəndində yerləşən evlərin birindən oğurluq edildiyi və daha sonra həmin evin yandırılması barədə müraciət daxil olub.

Nazirliyin Mətbuat Xidmətinin Şəki regional qrupunun məlumatına görə, Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları hadisə yerinə baxıb və zəruri bilinən istintaq-əməliyyat tədbirləri keçiriblər. Keçirilən tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən rayonun Çobankol kənd sakinləri Ramazan Bədəlov və Fariz Kərimov saxlanılaraq, istintaqa cəlb olunublar. Evdən müxtəlif məişət əşyaları və spirtli içkilər oğurladıqdan 2 gün sonra sərxoş vəziyyətdə olan “dost”lar etdikləri cinayət əməlini gizlətmək məqsədilə onu yandırıblar.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsinin İstintaq bölməsində cinayət işi başlanılıb, istintaq aparılır.

Qarət etdikləri evi yandıran dostlar saxlanılıb
Qarət etdikləri evi yandıran dostlar saxlanılıb

Reyting.az




Bölməyə aid digər xəbərlər
22-04-2024, 12:29 Sabah yağış yağacaq

{sape_links}{sape_article}