Şəhid olan əsgərimiz dəfn edilib - Fotolar
Tarix: 13-07-2020 10:26 | Bölmə: Cəmiyyət
Şəhid olan əsgərimiz dəfn edilib

İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərməsi nəticəsində şəhid olan Azərbaycan Ordusunun əsgəri Xəyyam Məhəmməd oğlu Daşdəmirov doğulduğu İsmayıllı rayonunun Balik kəndində torpağa tapşırılıb.

Reyting.az
APA-ya istinadla xəbər verir ki, dəfn mərasimində İsmayıllı Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hərbçilər və rayon ictimaiyyəti iştirak edib.

Qeyd edək ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu şəhid olub.

Həkimlərimizin səyinə baxmayaraq ağır yaralanan hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu da şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olanların ailələrinə başsağlığı verir və səbr diləyir.

Allah rəhmət eləsin!

Şəhid olan əsgərimiz dəfn edilibŞəhid olan əsgərimiz dəfn edilib
Şəhid olan əsgərimiz dəfn edilib




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}