17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Ermənistandan itkilərlə bağlı yeni etiraf: yaralıların sayı 20-yə çatıb
Tarix: 16-07-2020 10:20 | Bölmə: Cəmiyyət
Ermənistandan itkilərlə bağlı yeni etiraf: yaralıların sayı 20-yə çatıb

Azərbaycan Ordusunun sərhədin Tovuz rayonu istiqamətində həyata keçirdiyi cəza tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələrinin daha 10 hərbçisi yaralanıb. 

Məlumatı “newsarmenia.am” agentliyi yayıb.

Beləliklə, Ermənistan silahlı qüvvələrinin yaralı hərbçilərinin sayı 20-yə çatıb.

Onlardan birinin vəziyyəti çox ağır qiymətləndirilir.

Qeyd edək ki, daha öncə Ermənistan Müdafiə Nazirliyi indiyədək 4 hərbçisini itirdiyini, 10 nəfərin isə yaralandığını açıqlamışdı/Report.  




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}