09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Gürcüstandan daha 119 Azərbaycan vətəndaşı təxliyə olunacaq
Tarix: 18-08-2020 18:11 | Bölmə: Cəmiyyət
Gürcüstandan daha 119 Azərbaycan vətəndaşı təxliyə olunacaq

Sabah Gürcüstandan azərbaycanlıların Azərbaycana növbəti təxliyəsi həyata keçiriləcək.

Bu barədə “Report”un yerli bürosuna Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.

Təxliyə olunanların 119-u Azərbaycan vətəndaşıdır. Siyahıda Gürcüstan və Rusiya vətəndaşları olanlar da yer alıb.

Həmin şəxslər bu gün Tbilisidə xüsusi laboratoriyada öz hesablarına koronavirusla bağlı testdən keçiriliblər. Nəticələrin bu günün sonunda məlum olacağı gözlənilir.

COVID-19 aşkarlanmayanlara xüsusi arayış veriləcək və onlar sabah saat 10:00-da avtobuslarla Tbilisidən Azərbaycanla sərhəddəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsinə yola salınacaqlar.

Qeyd edək ki, pandemiya dövründə Gürcüstandan iki minə yaxın azərbaycanlının Azərbaycana çatdırılması təmin olunub.




Bölməyə aid digər xəbərlər
7-05-2025, 12:08 Sabah yağış yağacaq