09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Azərbaycanda daha 131 nəfər koronavirusa yoluxub, 1 nəfər vəfat edib
Tarix: 18-08-2020 18:14 | Bölmə: Cəmiyyət
Azərbaycanda daha 131 nəfər koronavirusa yoluxub, 1 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 131 yeni yoluxma faktı qeydə alınıb, 159 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.


Nazirlər Kabineti yanında Operativ Qərargahdan Reyting.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 34 474 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 32 201 nəfər müalicə olunaraq sağalıb, 509nəfər vəfat edib, aktiv xəstə sayı 1 764 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6 361, ötən müddət ərzində isə ümumilikdə 843 269 test aparılıb.




Bölməyə aid digər xəbərlər
7-05-2025, 12:08 Sabah yağış yağacaq