09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
DİM qəbul imtahanlarındakı testlərin izahını yayıb
Tarix: 19-08-2020 11:04 | Bölmə: Cəmiyyət
DİM qəbul imtahanlarındakı testlərin izahını yayıb

Dövlət İmtahan Mərkəzi (DİM) II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olunmaq üçün 13-14 avqust 2020-ci il tarixlərində keçirilən imtahanlarda istifadə olunmuş test tapşırıqlarının izahını yayıb.

Mərkəzdən Reyting.az-a bildirilib ki, abituriyentlər,  həmçinin valideynlər, müəllimlər, ekspertlər test tapşırıqları və onların izahını əldə edə bilərlər.

Qeyd olunub ki, imtahanda istifadə olunmuş test tapşırıqlarının izahının elektron versiyasını (pdf formatında) DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində >"DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı "> “Test tapşırıqlarının izahı” xidməti vasitəsilə ödəniş etməklə əldə etmək mümkündür.

Xidmətə keçid: http://eservices.dim.gov.az/ejurnal/




Bölməyə aid digər xəbərlər
7-05-2025, 12:08 Sabah yağış yağacaq