16:39 / 28-11-2024
Sabah qar yağacaq
İran məscidlərində matəm mərasimləri qadağan edilib
Tarix: 22-08-2020 00:33 | Bölmə: Cəmiyyət
İran məscidlərində matəm mərasimləri qadağan edilib

İranın Koronavirusla Milli Mübarizə Komitəsi Tehran vilayətinin məscidlərində matəm mərasimlərini (Məhərrəmlik mərasimləri) qadağan edilib.

Reyting.az
Trend-ə istinadla xəbər verir ki, bu, Tehran vilayəti Məscidlərinin Araşdırılması Mərkəzinin qərarında bildirilib.

Rəsmilər, Məhərrəm ayının başlanması ilə əlaqədar vətəndaşların diqqətinə çatdırır ki, Tehran vilayətində koronavirus güclü yayılıb və yeni qərarın icrası vacibdir. Yeni qərarı tənqid edənlərin olmasına baxmayaraq, İranın dini lideri Koronavirusla Milli Mübarizə Komitəsinin qadağa qərarlarını dəstəkləyib. Bildirilir ki, Dini lider də qərar yerinə yetirilməsi ilə əlaqədar göstəriş verib, məscidlərin imamları, təşkilatçılar və məscidlərin digər nümayəndələri qapalı məkanda Məhərrəm ayında istənilən matəm mərasimləri təşkil etməkdən çəkinsinlər. Sadəcə, camaat namazını səhiyyə protokolları əsasında qılmaqla kifayətlənsinlər.

Həmçinin açıq məkanları (məscidlərin həyətləri və sairə) olan məscidlərdə matəm mərasimləri keçirilməsi səhiyyə protokolları əsasında təşkil olunmalıdır. Buna görə, məscidlərin imamları insanları səhiyyə protokolları ilə əlaqədar məlumatlandırmalıdırlar.




Bölməyə aid digər xəbərlər
Dünən, 16:39 Sabah qar yağacaq
Dünən, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər