16:39 / 28-11-2024
Sabah qar yağacaq
Gündə iki fincan qəhvə içmək 452 861 nəfərin həyatını xilas edə bilər - Alimlər
Tarix: 22-08-2020 11:33 | Bölmə: Cəmiyyət
Gündə iki fincan qəhvə içmək 452 861 nəfərin həyatını xilas edə bilər

Avstraliya alimləri qəhvə içməklə qaraciyər xərçənginə tutulan insanların ölümlərinin azaltmağın mümkün olduğunu düşünürlər.

Reyting.az
xarici KİV-ə istinadla bildirir ki, onların fikrincə, hər bir insan gündə ən azı iki fincan qəhvə içsə, dünyada qaraciyər xəstəliklərindən yüz minlərlə az ölüm olardı.

Tədqiqatçılar gündə iki-üç fincan qəhvə içməyin qaraciyər xərçəngi riskini 38, bu xəstəlikdən ölmək riskini 46 faiz azalda biləcəyini müəyyən ediblər.

Əgər insan gündə 4 fincan və daha çox qəhvə içərsə, xəstəliyə yoluxma riski 41, ölüm riski isə 71 faiz azalar.

Elm adamları 2016-cı il üçün qaraciyər xərçəngi ilə bağlı statistikanı araşdırıblar. O zaman dünyada 1,2 milyondan çox adam bu xəstəlikdən ölüb. Sonra bu məlumatlar qəhvə istehlakının statistikası ilə müqayisə edilib.

Tədqiqatçılar gündə iki fincan qəhvənin 452 861 nəfərin həyatını xilas edə biləcək bir model hazırlayıblar. İnsanlar əgər dörd fincan içsəydilər, 723,287 nəfər az adam qaraciyər xərçəngindən öləcəkdi.




Bölməyə aid digər xəbərlər
Dünən, 16:39 Sabah qar yağacaq
Dünən, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər