16:39 / 28-11-2024
Sabah qar yağacaq
Koronavirusa dondurulmuş məhsullardan da yoluxa bilərsiniz
Tarix: 22-08-2020 16:45 | Bölmə: Cəmiyyət
Koronavirusa dondurulmuş məhsullardan da yoluxa bilərsiniz

Dondurulmuş yeməklər koronavirus infeksiyası mənbəyi ola bilər.

Reyting.az
-ın xarici KİV-ə istinadla verdiyi xəbərə görə, tədqiqatlar göstərir ki, koronavirus hissəcikləri dondurulmuş qidaların daşınması və saxlanması zamanı olan temperaturda yaşayır.

Sinqapur Milli Universitetinin professoru Deyla Fişerin rəhbərliyi altında həkimlər qrupunun yaydığı məlumatda qeyd edilir ki, koronavirus ilə yoluxmuş dondurulmuş yeməklər Çin, Vyetnam və Asiya-Sakit okeanının digər ölkələrində izah olunmamış yoluxmalara səbəb ola bilər.

Elm adamları donuz əti, toyuq və forel balığına virus hissəciklərini əlavə ediblər və 3 həftə ərzində qidanı -20 və -80 ° C-yə dondurduqdan sonra demək olar ki, bütün virus hissəcikləri canlı qalıb.




Bölməyə aid digər xəbərlər
Dünən, 16:39 Sabah qar yağacaq
Dünən, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər