09:32 / 09-05-2025
SOCAR-da yeni təyinat olub
Müəllim olmaq istəyənlərin imtahanı başlayır
Tarix: 24-08-2020 09:34 | Bölmə: Cəmiyyət
Müəllim olmaq istəyənlərin imtahanı başlayır

Avqustun 24-də fiziki tərbiyə və ibtidai sinif müəllimi olmaq istəyən namizədlər üçün test imtahanları keçiriləcək.

Təhsil Nazirliyinin məlumatına görə, imtahanlarda 3550 namizədin iştirakı nəzərdə tutulub.

Test imtahanları Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Masallı, Şirvan, Kürdəmir, Ağdaş, Mingəçevir, Bərdə, Ağcabədi, Quba, Şamaxı, Balakən, İsmayıllı, Ağstafa və Tovuz daxil olmaqla ümumilikdə 17 regionda təşkil edilən 32 mərkəzdə keçiriləcək. Namizədlərə 90 dəqiqə müddətində ixtisasa dair 40, təlim strategiyaları və metodikaya dair 20 test tapşırığı olmaqla ümumilikdə 60 sual təqdim edilir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
7-05-2025, 12:08 Sabah yağış yağacaq