19:14 / 01-07-2025
Zelenski Əliyevə zəng edib
Daha 281 nəfər Azərbaycana təxliyə edilib - Fotolar
Tarix: 04-09-2020 10:31 | Bölmə: Cəmiyyət / Xəbərlər
Daha 281 nəfər Azərbaycana təxliyə edilib

Gürcüstandan daha 281 nəfər Azərbaycana təxliyə edilib.

Reyting.az
xəbər verir ki, təxliyə edilənlərdən 123-ü Azərbaycan, 151-i Gürcüstan, 5-i Rusiya, 1-i Türkiyə, 1-i isə Ukrayna vətəndaşıdır.

Onlar ötən gün Marneulidəki klinikalardan birində koronavirus testlərindən keçiriliblər və heç birində “COVID-19” virusu aşkarlanmayıb.

Təxliyə edilənlər bu dəqiqələrdə Azərbaycanın Gürcüstandakı səfirliyinin binasının qarşısından xüsusi ayrılmış 5 avtobusla "Sınıq Körpü" sərhəd keçid məntəqəsinə yola salınıblar.

Qeyd edək ki, aprelin 5-də Azərbaycan-Gürcüstan sərhədlərinin bağlanmasından sonra Gürcüstandan 2 minə yaxın azərbaycanlının təxliyəsi həyata keçirilib.

Gürcüstandan Azərbaycan vətəndaşlarının növbəti təxliyəsinin isə sentyabrın 8-də həyata keçiriləcəyi bildirilib.(APA)

Daha 281 nəfər Azərbaycana təxliyə edilib
Daha 281 nəfər Azərbaycana təxliyə edilib




Bölməyə aid digər xəbərlər
30-06-2025, 14:26 Sabiq nazir təltif edilib
27-06-2025, 09:33 Qaxda zəlzələ olub