Təhsil nazirindən 65 yaşlı müəllimlərlə bağlı açıqlama: "Onların maaşı saxlanılmaqla əvəz edilir"
Tarix: 30-09-2020 17:37 | Bölmə: Cəmiyyət
Təhsil nazirindən 65 yaşlı müəllimlərlə bağlı açıqlama: "Onların maaşı saxlanılmaqla əvəz edilir"

"Hazırda "Məktəblərin dostu" layihəsinin əməkdaşları arasında döyüşlər üçün cəbhəyə yollananlar var".

Bunu Təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə bildirib.

O qeyd edib ki, qanunda müəllimlərin əvəz edilməsi prosedurları var:

"Öz iradəsindən asılı olmadan dərslərdə iştirak etməyən müəllimlər əvəz edilir. Onlar arasında səfərbərliyə cəlb olunma olarsa, həmin müəllimlər əvəz ediləcək. Hazırda 65 yaşından yuxarı olan müəllimlər var ki, onlar da dərslərdə iştirak edə bilmir. Onların maaşı saxlanılmaqla əvəz edilir".




Bölməyə aid digər xəbərlər
Dünən, 16:39 Sabah qar yağacaq
Dünən, 12:08 Sabah yağış yağacaq
27-11-2024, 12:39 Sabah yağış yağacaq

bütün xəbərlər